Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib.
Iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr (cümə) iş günü ilə 4 noyabr (şənbə) istirahət gününün yerləri dəyişdirilib.
Qeyd edək ki, 8 noyabr Zəfər Günü, 9 noyabr Bayraq Günüdür. 11 noyabr şənbə, 12 noyabr bazar günüdür. Beləliklə, 5 gün ardıcıl (8, 9, 10, 11, 12 noyabr) iş olmayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.