sedanews.az
sedanews.az

MN: Son bir ay ərzində 1184 hektardan çox ərazi minalardan tam təmizlənib

31-07-2024, 11:36 182 dəfə baxılıb


  Cari ilin iyul ayı ərzində azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində mn:.
  Müdafiə Nazirliyindən REAL-a verilən xəbərə görə, azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 39721 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.
  Ümumilikdə 13045 ədəd partlamamış hərbi sursat, 3318 ədəd tank əleyhinə mina və 10463 piyada əleyhinə mina aşkarlanaraq məhv edilib.
  İşğaldan azad edilmiş tarixi ərazilərimizdə sosial rifahın yenidən bərpa olunması, təhlükəsizliyin təmin edilməsi, o cümlədən, yol və infrastruktur işlərinin təşkilinin sürətləndirilməsinə yönəldilmiş mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA