Azərbaycan və Ukrayna təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) rəhbərliyi ilə görüşüb və təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
Sedanevs.az xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Görüşdə Ukrayna universitetləri ilə əməkdaşlıq məsələləri müzakirə edilib və xüsusi diqqət Xerson Dövlət Dəniz Akademiyasına yönəlib. Əsas mövzular birgə konfranslar, tələbə və müəllim mübadiləsi, həmçinin ikili diplom məsələləri olub", - məlumatda qeyd olunub.
Ambassador of Ukraine
met with the leadership of Azerbaijan State Maritime Academy to discuss cooperation with Ukrainian universities, focusing on Kherson State Maritime Academy.
Key topics: joint conferences, student & teacher exchanges, dual degrees. — UKR Embassy in AZE (@UKRinAZE)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: