sedanews.az
sedanews.az

Səfir: Ukrayna müntəzəm humanitar yardıma görə Azərbaycana minnətdardır

7-02-2025, 14:30



Ukrayna göstərilən müntəzəm yardıma görə Azərbaycana təşəkkürünü bildirir.
sedanevs.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Azərbaycan Ukraynaya növbəti humanitar yardım partiyası göndərib. Ukraynanın enerji infrastrukturunun bərpasına kömək etmək üçün Prezident İlham Əliyevin ayırdığı 1 milyon ABŞ dolları dəyərində kabel və elektrik avadanlığı partiyası artıq yoldadır. Daimi dəstəyə görə Azərbaycana minnətdarıq", - diplomat yazıb.
Qeyd edək ki, Azərbaycan 2022-ci ildən etibarən Ukraynaya 40 milyon dollardan çox məbləğdə humanitar yardım göstərib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA