Türkiyədə hoteldə yanğın olub, 10 nəfər ölüb, 32 nəfər yaralanıb - FOTO
Türkiyədə Bolu Kartalkaya Xizək Mərkəzindəki oteldə gecə saatlarında yanğın baş verib.
Sedanews.az xəbər verir ki, məlumatı Türkiyə KİV yayıb. Baş verən yanğın nəticəsində 10 nəfər ölüb, 32 nəfər xəsarət alıb.
Yanğın otelin restoran mərtəbəsində başlayaraq sürətlə bütün binaya yayılıb. İlkin məlumatlara görə, yanğın zamanı 234 qonağın olduğu oteldə iki nəfərin panikada yuxarı mərtəbədən atlayaraq həyatını itirdiyini bildirib.
Yanğınla bağlı çoxsaylı yanğınsöndürən və tibbi briqadalar hadisə yerinə göndərilib, yaralılar müxtəlif xəstəxanalara yerləşdirilib.
Hazırda yanğınsöndürmə və xilasetmə əməliyyatları davam edir.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR