
İmişli rayonunda yanğın baş verib. Hadisə nəticəsində xeyli sayda xırda və iri buynuzlu heyvan tələf olub.
Kadr. yanğın hadisəsi ötən gün rayonun Çaxırlı kəndində qeydə alınıb. Adı çəkilən kənd sakini Azay Babayeva məxsus heyvandarlıq təsərrüfatında başlayan alov daha sonra küləyin təsirindən güclənib. Yanğın tövlə və ətrafdakı ot bağlamalarını cənginə alıb. Təsərrüfat sahibi Azay Babayev bildirir ki, hadisənin baş vermə səbəbi hələki məlum deyil, "yanğın zamanı 150 kvadratmetr sahəsi olan tövlə və içərisində 26 baş xırda buynuzlu, 5 baş iri buynuzlu heyvan, tövlə ətrafındakı 70-ə yaxın ot bağlaması yanaraq məhv olub. Ümumilikdə yanğın zamanı 20 min manat civarında ziyan dəyib".
Sinxron təsərrüfat sahibi Azay Babayev
Kadr. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib, alov söndürələrək ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.