sedanews.az
sedanews.az

"Темная ночь" ( "Qaranlıq gecə") konfetinin ağ qurd əhvalatı...

3-11-2025, 13:02


 
              

   2025-cü ilin 30 oktyabr tarixində  Xırdalan şəhərində yerləşən 7 saylı OBA marketdən aldığımız “Темная ночь”  ("Qaranlıq gecə" ) adlı Rusiya istehsalı olan konfet məhsulunun içindən canlı qurd çıxmışdır. Bu, təkcə istehlakçı hüquqlarının deyil, insan sağlamlığının kobud şəkildə pozulması və təhlükəyə atılması deməkdir.
  Hadisədən dərhal sonra məsələni araşdırmaq və açıqlama almaq məqsədilə qeyd olunan marketə yaxınlaşdıq. Lakin orada OBA marketlər şəbəkəsinin Xırdalan üzrə nəzarətçisi olan Dinara adlı şəxs ərəfindən əvvəlcə laqeyd, daha sonra isə  son dərəcə kobud və etikadan kənar davranış  ilə qarşılaşdıq. Vətəndaş olaraq haqlı tələbimizə qarşı hörmətsizliklə yanaşı, sanki günahkar bizikmiş kimi ittiham olunmağımız yolverilməzdir.- Müştəri şikayətinə bu cür davranan personalın hansı məsuliyyəti var?
  OBA kimi tanınmış bir marketlər şəbəkəsinin adı altında bu cür məsuliyyətsizlik və keyfiyyətsiz məhsul satışı, üstəlik, alıcılara qarşı sayğısız münasibət qəbuledilməzdir. 
 AQTA tərəfindən rəsmi yoxlama  tələb edirik.- “OBA” rəhbərliyindən baş vermiş hadisəyə hüquqi və inzibati qiymət verilməsini, kobud davranışa yol verən əməkdaş barədə ölçü götürülməsini  tələb edirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA