sedanews.az
sedanews.az

Duaların ən çox qəbul olduğu ay açıqlandı

7-03-2025, 09:32


"Oruc zamanı duaların və ibadətlərin qəbul olunması ilə bağlı xüsusi məqamlar var. Peyğəmbərimiz (s) buyurub ki, oruc tutanın duası rədd olunmaz. Xüsusilə Ramazan ayı, Quranın nazil olduğu mübarək bir zaman olduğuna görə, bu ayda duaların qəbul olunma ehtimalı daha yüksəkdir. Məsələn, elə iftar zamanı edilən dua. Peyğəmbər (s) buyurub ki, oruc tutanın iftar zamanı etdiyi dua rədd olunmaz". 
Bu sözləri  açıqlamasında ilahiyyatçı Fərid Abdullah bildirib. 
"Həmçinin obaşdanlıq etdikdə də, dua etmək tövsiyə edilir. Gün boyu oruc tutan kəsin nəfəsi təsbih, yuxusu ibadət sayılırsa, onun duası hansı məqamda olar? Qədr gecələri Ramazanın ən fəzilətli gecələridir və duaların qəbul olunmasına dair Quranda və hədislərdə açıq şəkildə qeyd edilir. Bu səbəbdən Ramazan ayı təkcə orucla deyil, dua, istiğfar və ibadətlə də keçməlidir ki, insanın həm ruhu, həm də həyat tərzi dəyişsin".(baku.vs)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA