sedanews.az
sedanews.az

Bu gün ilk Qədr gecəsidir - VİDEO

20-04-2022, 15:28 261 dəfə baxılıb



   İslam dünyası bu gecəni ibadət və dualarla keçirir
Bu gecə Azərbaycanda Ramazan ayının ilk əhya gecəsidir. İkinci Qədr gecəsi aprelin 21-də, üçüncüsü aprelin 23-də, sonuncusu isə aprelin 27-də olacaq.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. İslam dünyası bu gecəni ibadət və Dualarla keçirir müqəddəs quranın endirildiyi qədr gecəsi göylərin qapılarının açıldığı dua və tövbələrin qəbul edildiyi mübarək gün olaraq səciyyələndirilir və min aydan daha xeyirli hesab olunur.
"Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.
Qeyd edək ki, Şəvval ayının 1-i yəni 2 may Ramazan bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA