sedanews.az
sedanews.az

ÜST psixi sağlamlığında problem olan şəxslərə çağırış edib

18-05-2023, 11:27 402 dəfə baxılıb


  "Bütün dünyada olduğu kimi, Azərbaycanda da psixi sağlamlıqla əlaqəli əhali arasında diskriminasiya mövcuddur".
   REAL xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsinin aralıq nəticələrinin təqdimat mərasimində deyib.
   O bildirib ki, insanlar psixi sağlamlıqla bağlı problem olduğu zaman bunu deməyə utanmamalıdırlar: "Qrip və digər xəstəliklərin daşıyıcısı olduğunu deməkdən utanmadığımız kimi psixi sağlamlıqla bağlı problemi də ifadə etməkdən çəkinməməliyik. Əlbəttə, ailədə hər kəsin bir-birinə dəstəyi önəmlidir, amma zərurət olduğu zaman professional dəstəyə ehtiyacın yaranması ayıb deyil. Bunu hər kəs qəbul edərsə, diskriminasiya əleyhinə atılan önəmli bir addım olar".








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA