sedanews.az
sedanews.az

"Rusiya buna görə İrəvanı dağıdar" - Türkiyəli hərbi ekspert

18-11-2021, 11:51 249 dəfə baxılıb

"Rusiya buna görə İrəvanı dağıdar" - Türkiyəli hərbi ekspert


"Yaranan yeni geosiyasi reallığa əsasən Azərbaycanın qələbəsini həzm edə bilməmək, Qarabağ Qələbəsi ilə əldə edilən strateji təşəbbüsü məhv etmək məqsədi və ambisiyası, bəzi dövlətlərin Ermənistandan rıçaq kimi istifadə etməsi ilə nəticələnir. Azərbaycan-Ermənistan sərhəddindəki təxribatlar xüsusilə də potensial effektivliyi görünən Türk Dünyasının birliyindən doğan narahatçılıqdan qaynaqlanır".
Bunu Milli.Az-a açıqlamasında Türkiyənin təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.
Türk ekspert bildirib ki, Türk Dünyasının Zəngəzur dəhlizi ilə avtomobil və dəmir yolu vasitəsi ilə bir-birinə bağlanacağından narahat olan dövlətlər var:
"44 günlük müharibədən bəri Ermənistan heç dayanmadı. Belə ki, atəşkəsdən sonra Ermənistanın törətdiyi müxtəlif təxribatlara, terror cəhdlərina şahid olduq, amma düşünürəm ki, dünənki ən şiddətlisi oldu. Azərbaycan tərəfindən 7 şəhid, 10 yaralısı var. Müxtəlif mənbələrdə ermənilərin 30 civarında ölən hərbiçisi, 100 civarında itgin əsgəri, 50-yə qədər də yaralısı olduğu xəbərləri var. 
II Qarabağ savaşının 44-cü günündə imzalanan bəyanat böyük bir Zəfərə səbəb oldu, amma digər tərəfdən də qarşı tərəfin ipə-sapa yapmayan hərəkətlərinə imkan verir. Bu gerçəkdir ki, Rusiya sülhməramlılarının arxasında qalan həmin ərazilərdə, rusun himayəsində bir Ermənistan var. Bunu Rusiya gizlətməyə çalışsa da, belədir. Rusiyanın müdaxiləsi Azərbaycan Ordusunun daha böyük qələbəsinə əngəl yaratdı. Ermənistan ordusunun beli qırılmışdı, lakin Moskvanın müdaxiləsi savaşın mənəvi zəfərlə nəticələnməsinə imkan vermədi. Bu səbəbdən məğlubiyyəti heç cürə qəbul etməyən və həzm edə bilməyən Ermənistan tərəfi sərhədpozucu təxribatlara, təcavüzlərin altına imza atır və deyir ki, sərhəd bəlli deyil. Əslində Rusiyadakı xəritələrə görə sərhədlər məlumdur. Düzdür, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdiŞ amma tez bir zamanda işğalla qarşı-qarşıya qaldı. İndi də Ermənistan deyir ki, o torpaqlar mənim torpağımdır, xeyir ola?! Rusiyadakı xəritələrə görə də onların deyil, amma onu qəbul etdirmək üçün öncə Azərbaycana qarşı oynanılan oyunları qarışdırmaq lazımdır.
Hazırda sərhəddəki bu gərginlikdən istifadə edən çox ölkə var. Zəngəzur dəhlizi ilə bağlı bir çox ölkədə çox böyük bir geosiyasi narahtlıq hiss olunur. Rusiyanın siyasi beyni bunu qəbul edib, o sənədin altına imza atmasına rəğmən sonradan Rusiyanın davranışlarında da dəhlizlə bağlı gözlə görünəcək dəyişiklik var. Çünki bu dəhliz Rusiyanın bütün hərbi varlığının bölgədəki təsir imkanlarını daha da artıracaq, bu yöndə çətinliklərini aradan qaldıracaq, Rusiya ticarət mallarının beynəlxalq ticari imkanlarını artıracaq. Amma böyük dövlətlərin öz aralarında razılaşdırdıqları bəzi məsələlər var. İndi bu razılıqlar fonunda Zəngəzur dəhlizi ilə bağlı hansı razılaşma var, açığı bunu bilmirik. Lakin Zəngəzur dəhlizi Rusiyanın himayəsində, nəzarətində olacağı halda açılması ilə bağlı arzu edilən addımlar atılmır. Amma Azərbaycan bu mövzuda çox qərarlıdır, çünki haqqıdır. 
Azərbaycanın atəşkəs razılşamasında ən önəmli qazananclardan biri Ermənistan üzərindən Azərbaycanla Naxçıvan arasında avtomobil və dəmir yolu vasitəsi ilə əlaqəni yaratmaq məsələsidir. Son təxribatların kökünə baxdığımız zaman bu məsələni görürük. Bəs Zəngəzur dəhlizi kimi narahat edir? Bu, tək Ermənistanı narahat etmir. Zəngəzur dəhlizi ilə bağlı İranın çox açıq və ciddi narahatlığı var. Digər yandan Türk Dünyasının avtomobil və dəmir yolu vasitəsi ilə bağlı bir-birinə bağlanmasından narahat olan dövlətlər var.
Xüsusən də müharibədən sonra bölgədə yaranan yeni geosiyasi reallığı bir çoxları həzm edə bilmirlər. 44 günlük müharibə vaxtı Türk Dünyasının ortaya qoyduğu həssaslıq, birlik, bərabərlik bizi istəməyənləri daha da qıcıqlandırdı. Bir məqamı da unutmamalıyıq: Ermənistan içərisində çox irqçi, radikal baxışları olan aşırı millətçi bir qrup şəxslər var. Bu da özünü terror təhididi ilə Şuşada "partladı". Azərbaycan hərbiçilərinin postuna erməni terrorçu əl qumbarası atdı, yaralılar oldu. Sonra Laçında və Kəlbəcərdəki təxribatlardan xəbərdarıq. Sonra bu, bir anda lokal hərbi toqquşmaya çevrildi. Ermənilərin çox qəribə"taktika"ları var, bir yerə sızma əməliyyatl edirlər, oranı bir gecədə qazaraq həmin gecəylə oranı bir pota çevirirlər. Azərbaycan əsgəri də doğru olaraq onlara müdaxilə etdi. Müdaxilə nəticəsində də qarşıdurma şiddətləndi və bu yerə gəlib çatdı. Bu məqamda bir təxribatla qarşı-qarşıya qalırıq: "Azərbaycan Ermənistan torpağına təcavüz etdi". Ermənistan bununla da Rusiyanı, KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) proseslərə qoşmaq istəyir. Məqsəd də Azərbaycana bu yolla zərbə vurmaq, inkişafda olan Türk Dövlətləri Təşkilatının əlaqələrini zəiflətmək və xüsusən də müharibədəki ağır məğlubiyyəti bu yolla unutdurmaq.
Bir real məsələni qeyd edim: Bu savaş 200 ildir Qafqazda geriyə gedən, parçalanmaqda olan Azərbaycanın ilk dəfə irəli atılmış addımıdır. 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra Azərbaycan ancaq kiçildi, əraziləri ancaq işğal edildi. Əslində 44 günlük müharibədə də Ermənistanın və havadarlarının məqsədi bu idi. Amma Türkiyə ilə Azərbaycanın bir araya gəlməsi ilə onların bu oyunları alınmadı, əksinə Azərbaycan üçün irəliyə doğru atılmış bir addıma çevrildi. İndi də həmin qüvvələr tərəfindən bundan qaynaqlanan bir həzm edə bilməmək, qəbuledilməzlik, arzulanmayan və istənilməyən bir geosiyasi reallıq yaranıb.
Ermənistan dünənki təxribat zamanı Azərbaycan ordusunun növbəti dəfə gücünü gördükdən sonra Rusiyanı təhdid etməyə başladı ki, bizə kömək etməsən başqa mərkəzləri nəzərimizdən keçirəcəyik. Amma Rusiya Ermənistanı elə hala salar ki, ağlı başına gələr".
Təhməz Əsədov
Milli.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA