sedanews.az
sedanews.az

Ulu Öndərin Davamçıları V qurultayı Şuşada keçirdi

26-04-2022, 16:25 348 dəfə baxılıb

               
      Azərbaycan Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçirdi.
2022-ci il  aprelin 22-də Şuşa Tarixin ən möhtəşəm günlərindən birinə şahidlik etdi. Dünyanın dörd bir yanından gələn azərbaycanlıları qarşıladı bu sirli şəhər.
Şuşa 18-ci əsrin 50-ci illərində Qarabağ xanı Pənahəli xan tərəfindən salınmışdır. Əlverişli yerdə yerləşməsi bu şəhər-qalanı alınmaz etmişdi. Şuşa 19-cu əsrdə Azərbaycanın, ümumilikdə Qafqazın elm və mədəniyyət beşiyinə çevrilmişdi. Bu şəhərdə ölkəmizin neçə-neçə dahi şəxsləri boya başa çatıb, mədəni həyata öz töhfələrini vermişdi. 20-ci əsrin əvvəlindən başlayaraq, Şuşanın başı üzərini qara buludlar almağa başladı. Erməni terrorçuları şəhərdə böyük qətllər və talanlar törədirdi. 
     1977-ci ildə Ümumimilli lider Heydər Əliyevin qərarı ilə Şuşa tarixi memarlıq qoruğu elan edildi. Görkəmli şəxslərin yubileyləri keçirildi, büstləri qoyuldu. 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal edildikdən sonra, şəhərin əvvəlki əzəməti itdi. 44 günlük Vətən müharibəsi nəticəsində 8 noyabrda Şanlı Ordumuzun səyi nəticəsində Qarabağımızın mirvarisi sayılan mədəniyyət və musiqi beşiyimiz Şuşanın azad edilməsi qələbəmizin şah əsəri idi.
Dünya Azərbaycanlılarının I Qurultayı Ümumimilli lider Heydər Əliyevin qərarı ilə 2001-ci ilin noyabrında Bakıda keçirilmişdir. İştirakçıların hamısının əsas arzusu belə bir qurultayın Qarabağda, Şuşada keçirilməsi idi. Və budur, V Qurultay məhz Şuşada 5 ölkənin iştirakı ilə reallaşdı. Şuşa gözəl təbiəti, dilbər guşələri ilə, xoş təbəssümü ilə yüzlərlə qonağı qarşıladı. Hamı böyük sevinc və fərəh içərisində idi. Müqəddəs şəhidlərimizin də doğma ruhu hər çıxışda yad edilirdi. Qurultayda Ali Baş Komandan, xalqımızın igid və məğlubedilməz oğlu, cənab Prezident İlham Əliyev öz dəyərli və genişşaxəli fikirləri ilə qurultay üzvlərini valeh edərək heyrətə gətirdi. Xüsusilə Avropa Şurası olan ölkələr haqqında söylədikləri sözlər tarixi bir fikirlər idi.
      Qarabağın inkişafı və xüsusilə Şuşanın əvvəlki əzəməti və şöhrətinin özünə qaytarılmasının reallaşması barədə fikirləri də cənab Prezident öz nitqində vurğuladı.   “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu təbiidir. Çünki, tarixi zəfərdən sonra, ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Bundan sonra, Azərbaycan xalqı müzəffər və yenilməz xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlət qalib dövlət kimi yaşayacaq. Bu böyük xoşbəxtlikdir hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün”
      Ali Baş Komandan həmçinin qurultayda yetişən gəncliklə də bağlı öz fikrini bildirmişdir. “Müstəqillik illərində yetişən gənclər bu tarixi hadisəni, müjdəni Azərbaycan xalqına bəxş etmişdirlər”.
Beləliklə də, Dünya Azərbaycanlılarının növbəti qurultayı da beləcə başa çatdı. Amma bu qurultayın əsas özəlliyi onun Şuşada, azad edilmiş torpaqlarda keçirilməsi oldu. Qarabağda isə böyük quruculuq gedir və neçə-neçə qurultayların və tədbirlərin keçirilməsinə ev sahibliyi edəcəkdir. 
                Qarabağ Azərbaycandır! Yaşasın Ali Baş Komandan və Müzəffər Azərbaycan Ordusu!

                                                                         Bakı şəhəri Suraxanı rayonu
                                                                           316 №-li tam orta məktəbin
                                                                           direktoru Gülnarə Hənifəyeva






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA