sedanews.az
sedanews.az

Azərbaycan Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçirilib

26-04-2022, 16:20 402 dəfə baxılıb

                                      

     Dünya Azərbaycanlılarının I Qurultayı Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il, II Qurultay Prezident İlham Əliyevin Sərəcamına əsasən 2006-cı il, III Qurultay 2011-ci il, IV Qurultay isə 2016-cı ildə keçirilib.
Azərbaycana gələn həmvətənlilərimiz ilk olaraq böyük qürur hissi ilə Şəhidlər və Fəxri xiyabanı ziyarət etdilər. 2022-ci il aprelin 22-də Dünya Azərbaycanlılarının V Qurultayı mədəniyyət ocağımız - Azərbaycanın ürəyi olan Şuşa şəhərində keçirildi. Bu qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndələri iştirak etmişdir. Digər qurutlaylardan fərqli olaraq bu qurultay 44 günlük Vətən Müharibəsində igid oğullarımız və Müzəffər Ali Baş Komandamızın əvəzolunmaz rəşadəti hesabına azad olunmuş Şuşamızda keçirildi. 
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi.  Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar.
Qurultay Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı ilə başladı. İlk növbədə Müzəffər Ali Baş Komandan qurultay iştirakçılarını salamladı və vətən uğrunda canından keçmiş, qəhrəmancasına şəhid olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. 
Cənab Prezident öz çıxışında qeyd etdi ki, - Vətən uğrunda həlak olan qəhrəmanlarımızın qisası döyüş meydanında alınmışdır. Bu qurultay “Zəfər” qurultayıdır, çünki zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları bir yerə toplaşır. Siz buraya Zəfər yolu ilə ”Zəfər qurultayına” gəlibsiniz. Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyümüz tanınır. Hazırda ölkəmizdə azad edilmiş ərazilərdə yenidənqurma, abadlıq işləri görülür. Ən əsası “Zəfər” muzeyi yaradılmışdır.
     Dünya Azərbaycanlılarının V qurultayı xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, birliyin və həmrəyliyin təmin olunması, ictimai fəaliyyətinin gücləndirilməsi və bir çox məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbirdir. 
Qurultayın Şuşada qeyd olunması xüsusi əhəmiyyət kəsb edir. Bundan sonra Azərbaycan xalqı müzəffər, qəhraman xalq kimi yaşayacaq.!
İndi Şuşa bizi özünə ona görə çox çəkir ki, artıq həm də hər bir azərbaycanlının qürurunun ünvanıdır. Hələlik şəhərdə bərpa işləri gedir. Lakin dövlətimiz vətəndaşlarımızın 28 illik həsrətdən sonra Şuşanı görə bilmələri üçün də imkanlar yaradır. Təşkil edilən müntəzəm avtobus reyslərinə müraicət edənlərin sayının çoxluğu da Şuşa sevgisinin təcəssümüdür.
    Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı, Azərbaycan dövləti qalib kimi əbədi yaşayacaq. 
                             Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan! 

                                                                                  Bakı şəhəri Suraxanı rayonu
                                                                                  317 nömrəli tam orta məktəbin
                                                                                  direktoru Gülarə Mirzəyeva







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA