Deputatlar növbəti dəfə hökumətin hesabatına görə toplaşacaqlar

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası martın 14-də keçiriləcək.
sedanevs.az xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova bugünkü plenar iclasın yekununda məlumat verib.
O qeyd edib ki, həmin gün Baş nazir Əli Əsədov hökumətin ötənilki fəaliyyəti barədə hesabat verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: