Sülh müqaviləsini dərhal imzalamağa hazırıq! - İrəvan
Ermənistan Azərbaycanla sülh müqaviləsi dərhal imzalamağa hazırdır, İrəvanda heç bir məhdudiyyət və ya əlavə şərt yoxdur.
sedanevs.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan “RİA Novosti”yə bildirib.
Qriqoryan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib: "Biz indi onu imzalamağa hazırıq. Bizim heç bir məhdudiyyətimiz və ya əlavə şərtimiz yoxdur. Düşünürük ki, bu imzalanma nə qədər tez edilsə, bir o qədər yaxşıdır".
O əlavə edib ki, hazırda sənədin imzalanmasının konkret yeri və vaxtı ilə bağlı heç bir razılaşma yoxdur.