sedanews.az
sedanews.az

Sülh müqaviləsini imzalamağa hazıram! - Paşinyan

19-03-2025, 16:30


"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsi razılaşdırılıb və imzalanmasını gözləyir. Mən o sənədin altına imzamı atmağa hazıram".

sedanevs.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan özünün sosial şəbəkə hesablarında yazıb.
Paşinyanın paylaşımı sosial şəbəkədə müzakirələrə səbəb olub.

Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında razılaşdırılan sülh müqaviləsi layihəsi 17 maddədən ibarətdir.

Sülh müqaviləsi layihəsi razılaşdırlsa da, Azərbaycanın Ermənistan qarşısında şərtləri də var: Konstitusiyasına dəyişiklik edilməli, ATƏT-in Minsk qrupunun ləğv olunmasına razılıq verməli, Zəngəzur dəhlisinin açılmasını təmin etməlidir.

Bu şərtlər yerinə yetirilməsə, yəqin ki, sülh sazişinin imzalanması uzanacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA