sedanews.az
sedanews.az

Təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılır

14-09-2023, 12:48 243 dəfə baxılıb


  “Bu ildən etibarən bütün təhsil müəssisələrində, o cümlədən, məktəbəqədər müəssisələrdə xüsusi qida təhlükəsizliyinin tətbiqinə başlanılır”.
  Bu barədə AQTA sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib. 
  Onun sözlərinə görə, bununla bağlı Qida Təhlükəsizliyi İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyində olan bütün müəssisələrdə xüsusi təlim və proqramlar həyata keçirir: “Keyfiyyətə nəzarət menecerlərinə xüsusi təlimlər keçiriləcək. Məhsulların daşınması, saxlanılması, satışı təlimlərinə xüsusi nəzarət prinsipləri tətbiq edilir. Düşünürəm ki, bu, gələcəkdə neqativ halların ortaya çıxmasının qarşısını alacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA