Qeydiyyata alınmış mətbuat orqanlarının sayı...
Bu ilin 6 ayı ərzində Azərbaycanda 76 kommersiya qurumu dövlət qeydiyyatına alınıb.Bunu Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin Qeyri-Hökumət Təşkilatları ilə iş şöbəsinin rəisi vəzifəsini icra edən Aslan Hacıyev bildirib.
Onun sözlərinə görə, hazırda qeydiyyata alınan ümumi kommersiya qurumlarının sayı 4766-a çatıb:
"Bu qurumlardan 56-sı siyasi partiya, 3332-i QHT, 209-u fondlar, qalanları isə digər qurumların payına düşür. Eyni zamanda bu il 21 mətbu nəşr uçota alınıb. Beləliklə, Azərbaycanda uçota alınmış ümumi mətbu nəşrlərin sayı 5382-ə çatıb"
Axar.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.