sedanews.az
sedanews.az

Milli Məclis Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsinə dair layihəni təsdiqləyib

17-10-2023, 14:30 148 dəfə baxılıb

Milli Məclis Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsinə dair layihəni təsdiqləyib

   Milli Məclis Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıtın inzibati ərazisinə verilməsinə dair layihəni təsdiqləyib.
   REAL-ın xəbərinə görə, bununla bağlı “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
   Layihədə qeyd edilib ki, Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.
   Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA