Bakı, Abşeron və Hacıqabulun bəzi yerlərində su kəsiləcək
Bakı, Abşeron və Hacıqabulun bəzi yerlərində su kəsiləcək."Azərsu" ASC-dən Milli.Az-a verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılacaq planlı təmir işləri ilə əlaqədar 23-25 sentyabr tarixlərində Hacıqabul rayonunun kəmərdən qidalanan kəndlərinə suyun verilişi dayandırılacaq, eyni zamanda Abşeron, Binəqədi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verilişi müddəti azaldılaraq tənzimlənən rejimlər tətbiq olunacaq.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.