sedanews.az
sedanews.az

Fəzail İbrahimli ilə parlament rəhbərliyinə yenilik gətirildi

10-03-2020, 18:11 605 dəfə baxılıb

Fəzail İbrahimli ilə parlament rəhbərliyinə yenilik gətirildi 




Altıncı çağırış Milli Məclisə başqa bir yenilik gəlib.
Bu yenilik Milli Məclis sədrinin müavini Fəzail İbrahimli ilə əlaqədardır.
Belə ki, Milli Məclisin üçüncü, dördüncü və beşinci çağırışlarında parlamentin sədri və iki vitse-spiker hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri idilər (Oqtay Əsədov sədr, Ziyafət Əsgərov birinci vitse-spiker, Bahar Muradova vitse-spiker).
Digər vitse-spiker Valeh Ələsgərov isə bitərəf idi.
Altıncı çağırış Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli isə YAP üzvü deyil. O, 1992-ci ildən Vətəndaş Həmrəliyi Partiyasının üzvüdür.
Beləliklə, parlament rəhbərliyində artıq hakim partiyanın üç yox, iki üzvü təmsil olunur.
Qeyd edək ki, yeni çağırış Milli Məclisin sədri Sahibə Qafarova, birinci vitse-spikeri Əli Hüseynli YAP-ın üzvləridir.
Vitse-spiker Adil Əliyev isə bitərəfdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA