sedanews.az
sedanews.az

Azərbaycan Qırğızıstan münasibətləri

25-04-2022, 09:37 237 dəfə baxılıb


      Bildiyimiz kimi, Cənab Prezident İlham Əliyevlə Qırğızıstan Prezidenti Sadır Japarovun aprel ayının 20-də geniş tərkibdə görüşü keçirilib. Görüşdə iki qardaş dövlət arasında müəyyən sənədlər imzalanmışdır. Bu sənədlərdən irəli gələn bəyanatlara keçməmişdən öncə iki qardaş dövlət arasındakı tarixi əlaqələrə qısa nəzər salaq. 
Azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə, dil və din birliyinə malik iki xalqdır. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuş, elə həmin dövrdə də aralarında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. 
      Yenidən bu günə qayıtdıqda görürük ki, dünyada baş verən dəyişikliklər bu iki ölkəyə yeni münasibətlər qurmaq, onları daha da humanist etmək, ləyaqət və şərəf kimi əzəli türk dəyərlərini əsas götürmək üçün tarixi şans verir. Azərbaycan və Qırğızıstan münasibətləri yeni dövrün dövlətlərarası qarşılıqlı münasibətlərinin nümunəsi olaraq qarşımıza çıxmaqdadır. Bu baxımdan 20 aprel tarixində baş tutan səfər iki dövlətin münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltdi. 
       Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra ölkə rəhbərləri mətbuata bəyanatlarla çıxış edərək bir çox məqamlarla bağlı vacib fikirlər səsləndirdi. Prezident İlham Əliyev çıxışı zamanı onu da vurğuladı ki, Qırğızıstanın enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Həqiqətən də enerji sektorunun inkişafı istiqamətində Azərbaycanın investisiya potensialı Qırğızıstan üçün kifayət qədər faydalı olmaq iqtidarındadır. İki türkdilli dövlətin beynəlxalq təşkilatlardakı fəaliyyətləri məmnunluq doğurdu. 
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov səmimi qəbul və ənənəvi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Əlavə olaraq Qırğızıstan Prezidenti Azərbaycanın biznes dairələrini ölkəsində investisiya imkanlarını öyrənməyə dəvət etdi. Həmçinin Şuşa şəhərinin mədəniyyət paytaxtı olmasını dəstəklədiyini söylədi. 
       Birgə bəyanatlar zamanı səsləndirilən fikirlər və imzalanan sənədlər bundan sonra da iki ortaq kökə malik ölkə arasında münasibətlərin daha da inkişaf etdiriləcəyinin əyani sübutu oldu. Eyni zamanda bu görüş türk birliyinin türkdilli ölkələr arasında münasibətlərin güclənməsində özünü ifadə edir. Nəqliyyat-tranzit sahəsi üzrə imzalanan sənəd göstərir ki, türk dünyası dünya ticarətinə öncüllük edəcək. 
        Azərbaycan və Qırğızıstan Respublikaları arasındakı əlaqələr bundan sonra daha da genişlənənəcək.


                                                                               Bakı şəhəri Suraxanı rayonu
                                                                               315 nömrəli tam orta məktəbin
                                                                               direktoru Vaqif Quliyev 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA