sedanews.az
sedanews.az

Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir

30-06-2022, 11:14 105 dəfə baxılıb

  Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası iyunun 27-də işini davam etdirib. Bu sessiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı hamımız üçün – bütün Azərbaycan üçün bir stimula çevrilib.
  Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyinin tamam olduğunu bildirərərək görüşdə iştirak etməyindən məmnun olduğunu vurğulayan Prezident İlham Əliyev Azərbaycanın azad edilmiş ərazilərində müasir şəhər planlaşdırılmasının həyata keçirildiyini, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarının tətbiq olunduğunu söyləmişdir. Məcburi köçkünlərimizin 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkdiyini və doğma yurdlarından məhrum edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, onların qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir.
  Azərbaycan Prezidenti işğaldan azad olunmuş şəhər və kəndlərdə aparılan bərpa-quruculuq işlərindən danışaraq bildirib ki, Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib, Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Prezident İlham Əliyev vurğulayıb ki, yenidənqurma prosesində hədəf keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması prioritetlər sırasında olacaq.
  Həqiqətən də, bu illər ərzində Azərbaycan dövlətinin apardığı islahatlar və gördüyü işlərdə azad ediləcək ərazilərin bərpası və orada böyük quruculuq işlərinin görülməsi daim əsas məsələ olub. İşğalçı ölkə zəbt etdiyi Azərbaycan torpaqlarını 30 il ərzində həqiqi mənada istismar etmiş, onun maddi-mədəni sərvətlərini, meşə ehtiyatlarını, fauna və florasını talamış, bölgədə ekoloji və mədəni terror həyata keçirmişdir. Azad edilmiş ərazilərdən yerli və xarici jurnalistlərin çəkdiyi reportajlar, eləcə də, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ayrı-ayrı kəndlərimizlə bağlı ictimaiyyətə təqdim olunan videogörüntülər bunu aydın şəkildə sübut edir. 
Bunun üçün dövlətimiz hərtərəfli şəkildə Qarabağın hər bir guşəsini abadlaşdırma işləri ilə bağlı layihələr nəzərdə tutur. 
  Prezident İlham Əliyevin səfər çərçivəsində Laçının Güləbird kəndində, Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasını işə salması da xüsusi qeyd edilməlidir. 
Dövlətimiz Qarabağda rayon və qəsəbələrimizin yenidən qurulması üçün nəzərdə tutulan bütün işləri görür. Ən sürətli inkişaf Azərbaycandadır. Dünya miqyasında bunu hamı görür, etiraf edir. Bizi istəməyənlər də məcburdurlar bunu etiraf etsinlər. Bakıya və bölgələrə gələn hər bir vətəndaş, hər bir xarici qonaq bu gözəlliyə, bu abadlığa, bu təmizliyə heyran qalır. 
Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə izlənilən  böyük inkişafın gündən-günə güclənir.
  “Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir” fikrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edərkən deyib.
Adı dünya diplomatiya və hərb tarixinə”qalib prezident” kimi həkk olunmuş İlham Əliyev bu gün də humanistlik göstərir. İllərlə qarşı tərəfi müharibəsiz sülhə çağırmasına baxmayaraq Ermənistan heç bir zaman öz səhvini, xəyanətini başa düşmədi. Səbir kasasını daşdırdı. Lakin bu gün yenə də qalib tərəfdən güzəştlər olunur. Sülh içərisində yaşamaq təklif olunur.
Tarixi qələbənin əldə edilməsi ilə bölgədə davamlı sülh, sabitlik və təhlükəsizlik mühitinin formalaşması üçün geniş imkanlar açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev postmüharibə dövrünün problemlərini həll etmək üçün Ermənistanın siyasi rəhbərliyi ilə danışıqlar aparmağa hazır olduğunu bəyan etmişdir. 
  Təəssüf ki, qeyd edilən məsələlərin həlli istiqamətində Ermənistandan müsbət siqnallar gəlmir. Azərbaycan xalqı 8 Noyabr Zəfər Gününün bir illiyini böyük atəşfəşanlıqla-qalibə uyğun səviyyədə keçirdiyi reallıqda Ermənistanda revanşizm mövqeyindən bəyanatlar səslənir, təxribatçı addımlara əl atırlar. Ermənistan tərəfi Azərbaycan Prezidenti İlham Əliyev və hökumət nümayəndələrinin Şuşa şəhərində keçirdiyi Zəfər Günü mərasimlərinə qarşı diversant-terrorçu hərəkətlərə yol vermişlər. Bu hərəkətlərin qarşısı hərbçilərimiz tərəfindən dərhal alınmış və cavab tədbirləri görülmüşdür. Kəlbəcər istiqamətində mövqelərimiz Ermənistan tərəfdən atəşə məruz qalmışdır. Noyabrın 13-də isə erməni terrorçusu Şuşa şəhəri yaxınlığında Azərbaycan hərbçilərinin postuna qumbara atmış və 3 hərbçimiz yaralanmışdır. Rusiyalı hərbçilərin postu da sözügedən ərazidə olmuşdur. Cinayətkar Azərbaycana yox, Ermənistana təhvil verilmişdir. Bu təxribatçı addım həm də Rusiya hərbçilərinə qarşı bir təhdid və çağırışdır. 
  Lakin Ermənistan tərəf Ali Baş Komandan İlham Əliyevin Türk Şurasının İstanbul Zirvə Görüşündə səsləndirdiyi xəbərdarlığı yaddan çıxarmasın: “Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər”. 
Başqa sözlə, Tarixi Zəfərimizin simvolu olan “Dəmir Yumruq” yerindədir. Müharibəni udan Ali Baş Komandanın sülhü qazanacağı da sırf zaman məsələsidir. Bu, aksiomdur. İsbata ehtiyacı yoxdur.

Nəcibə Məmmədova 
Bakı şəhəri Suraxanı rayonu 104 nomrəli
tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA