sedanews.az
sedanews.az

Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir

30-06-2022, 10:59 76 dəfə baxılıb



  Martın 2-də biz Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olmasının 30 illiyini qeyd etdik. 1992-ci ilin 2 mart tarixində BMT Baş Assambleyası Nyu-Yorkda keçirilən 46-cı sessiyasının 82-ci plenar iclasında qəbul etdiyi 46/230 saylı qətnamə ilə Azərbaycanı və digər səkkiz keçmiş sovet respublikasını BMT-yə yeni üzv kimi qəbul edib. BMT-yə üzv olduqdan sonra Azərbaycan dayanıqlı inkişafa dair müştərək işə öz töhfəsini verməklə bərabər, BMT Nizamnaməsində təsbit olunmuş prinsip və məqsədlərə uyğun olaraq hərtərəfli və geniş əhatəli gündəlikdə fəal iştirakını davam etdirib. Bu səylər qlobal səviyyədə də tanınıb və qəbul olunub – 155 üzv dövlət Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə səs verilib.
   Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan vermişdir. 
   Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir.
Hazırda Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, Bakıətrafı yaşayış məntəqələri də sürətli inkişaf edir. Paytaxtın tarixi görkəmini qorumaqla müasir inkişafı ilə yanaşı azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri də təqdir olunur. Azərbaycan Prezidenti İlham Əliyevin sessiyada çıxışı zamanı qeyd etdiyi kimi, məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun inklüziv, təhlükəsiz, dözümlü, dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı  inamımızı gücləndirəcək.
    Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar.
Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulmuşdur.      Yenidənqurma prosesində hədəf keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması prioritetlər sırasında olmalıdır.
    Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında çıxışı zamanı məcburi köçkünlərimizin 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkdiyini və doğma yurdlarından məhrum edildiyini diqqətə çatdırarkən dövlətimizin başçısı deyib ki, onların qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir.
Cənab Prezident İlham Əliyev vurğulayıb ki, “Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edirik. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir”, - deyə dövlətimizin başçısı əlavə edib və yenidənqurma prosesində hədəf keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması prioritetlər sırasında olacaq.
Cənab Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanın bütün bu işləri öz maliyyə resursları hesabına apardığını vurğulayıb. Dövlətimizin başçısı sessiyada çıxışı zamanı deyib: “Hesab edirik ki, Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir. Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək.
   Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin hərbi - siyasi strategiyası bu gün çox uğurla davam və inkişaf etdirilir. Cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük şanlı Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu xalqımızın şərəfli qəhrəmanlıq tarixini yazdı və 30 ilə yaxın bir müddətdə işğal altında qalmış torpaqlarımız düşmən tapdağından azad olundu. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı kimi mədəniyyət sahəsində də əsaslı islahatlar, milli-mənəvi dəyərlərimizin inkişafı diqqət mərkəzində saxlanılmışdır. Şəhərlərimiz görkəmini dəyişir, gündən-günə gözəlləşir.
   Cənab Prezidentimiz və Mehriban xanım Əliyevanın diqqət mərkəzində Azərbaycanın mədəniyyətinin dünyada tanıtdırılmasında əməkləri çox qiymətləndiririk. Xüsusilə görkəmli sənət adamlarının, şairlərimizin, bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinə, incəsənətinə verilən yüksək qiymətin nümunəsi olmuşdur.

Aqil Ağamirzəyev
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 
Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə

nümayəndəsinin müavini






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA