sedanews.az
sedanews.az

Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı baza hazırlanıb

2-08-2022, 12:52 125 dəfə baxılıb

    Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı baza hazırlanıb.
   "Report"un xəbərinə görə, bu fikri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
    Onun sözlərinə görə, Prezident İlham Əliyev ötən il dekabrın 23-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" fərman imzalamışdı: "Bu sənədin məqsədi də həmin dövrdə əlilliyi olan insanlara birdəfəlik ödənişlərin edilməsi idi. Fərmanın icrası üçün ötən 7 ay ərzində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Müdafiə Nazirliyinin birgə işçi qrupu tərəfindən 1991-1997-ci illərdə olan bütün hərbi xəsarət haqqında olan şəhadətnamələr təkrar inventarlaşdırılıb. Həmin məlumatlar elektron sistemə toplanılıb. Bütün bunların nəticəsində isə müvafiq bir baza formalaşdırılıb. Bu gün isə Prezidentin müvafiq fərmanına uyğun olaraq Baş nazir Əli Əsədov həmin ödənişlərin verilməsi qaydasını təsdiqləyib".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA