Azərbaycanda müharibə iştirakçıları qruplaşdırılmalı, döyüşlərdə qısa və uzun müddət iştirak etmiş şəxslər arasında fərq qoyulmalıdır.
Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Düşünürəm ki, döyüşlərdə qısa və uzun müddət iştirak edən şəxslər arasında fərqin müəyyən edilməsi daha ədalətli olardı. O zaman müəyyən kateqoriyalara ayrılan vəsaitin nəzərdən keçirilməsinə də baxa bilərik", - deyə o qeyd edib.
Bundan başqa, deputat təklif edib ki, gləcəkdə qadınların pensiya yaşlarına yenidən baxılsın: "Bu gün reallıq ondan ibarətdir ki, insanlar, xüsusilə qadınlar müəyyən bir yaşa gəldikdən sonra iş tapmaqda əziyyət çəkirlər. Bu məsələ ilə də bağlı bizə çoxlu müraciətlər var".
REAL
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.