sedanews.az
sedanews.az

Döyüş əməliyyatlarında iştirak etmiş şəxslər bu qədər təqaüd alacaqlar

26-10-2021, 13:27 311 dəfə baxılıb

Döyüş əməliyyatlarında iştirak etmiş şəxslər bu qədər təqaüd alacaqlar


Döyüş əməliyyatlarında iştirak etmiş və müharibə veteranı adı alan şəxslərə sosial təqaüd hesablanır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib.
O bildirib ki, həmin təqaüd Prezident İlham Əliyevin sərəncamı ilə 80 manat müəyyən edilib:
"Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən şəxs müharibə veteranı adını aldığı gündən etibarən həmin təqaüdü əldə edə bilir. Şəxs müharibə veteranı adı alana qədər olan müddətdə isə ona təqaüd hesablanmır. Prezident İlham Əliyevin 2019-cu il tarixli Fərmanı ilə müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü 80 manat müəyyən edilib".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA