sedanews.az
sedanews.az

“Sosial şəbəkələr haqqında” qanunun qəbul edilməsi təklif olunub

1-02-2022, 11:49 279 dəfə baxılıb

                            “Sosial şəbəkələr haqqında” qanunun qəbul edilməsi təklif olunub


“Bu yaz sessiyasında nəhayət, sosial sifariş olan “Sosial şəbəkələr haqqında” qanunun qəbul edilməsini təklif edirəm”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında deputat Elman Nəsirov bildirib.
Deputat deyib ki, sosial şəbəkələrdə söyüş baş alıb gedir: “Belə insanları məhkəməyə verməkdən də çəkinirsən ki, yeni qondarma siyasi məhbus icad edəcəklər”.
E. Nəsirov qeyd edib ki, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbuluna da ehtiyac var.
Deputat Naqif Həmzəyev isə “Ovçuluq haqqında” qanuna yenidən baxılmasını təklif edib: “Bu gün Kür çayında balıq tapmaq mümkün deyil. Qanunsuz balıq ovu ilə məşğul olan dəstələr var, partlayıcılar ilə balıq ovlayırlar. Digər tərəfdən, əcnəbilərin ölkədə qanunsuz ovla məşğul olmasına görə cərimələr çox aşağıdır”.
N. Həmzəyev də “Sosial şəbəkələr haqqında” qanunun yaz sessiyasında qəbulunu təklif edib.
REAL






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA