Şuşa Azərbaycan şəhəridir!
Şuşa Azərbaycan şəhəridir!
Qarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa ölkəmizin qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Əbəs yerə Şuşanı Qarabağın döyünən qəlbi adlandırmırlar. Milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan Şuşa şərqlilərə məxsus arxitekturası ilə fərqlənib. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etdi. Bildirdi ki, Şuşa şəhəri buna layiqdir: “Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir. O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır”.
Beləliklə, bu qısa nitqlə dövlət başçısı qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin, onun mədəni mərkəzlərinin yenidən qurulması və bərpası ilə bağlı kodeksi təqdim etmiş oldu.
“...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir.” Heydər Əliyev ümummilli lider “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!” İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan.. Ulu Öndərimiz və Dövlət başçımızın səsləndirdiyi bu sözləri qeyd etməyim, təsadüfi deyil..İlham Əliyev demişkən, təxminən, 40 il əvvəl, 1982-ci ilin iyul ayında Heydər Əliyevin başçılığı və iştirakı ilə Şuşada dahi şairimiz Molla Pənah Vaqifin poeziya günləri keçirildi..O zaman hələ 21 yaşı olan İlham Əliyev nə biləydi ki, aradan 40 ilə yaxın vaxt keçəcək, həmin illər ərzində ölkə tarixində üçün çox böyük dəyişikliklər baş verəcək, 10 il sonra azğın düşmən, Azərbaycan Qarabağı işğal edəcək, gözəl Qarabağımız və Şuşamız düşmən tapdağı altında qalacaq, lakin 28 il sonra Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz mənfur düşmənlərin səfini darmadağın edərək, böyük igidliklə Azərbaycan incisini xilas edəcək? Bəli, artıq bir ildir ki, biz qələbəyə qovuşmuşuq..Və Şuşa şəhəri düşmənlərin caynağından qurtulduqdan sonra, yenidən öz doğmalarını qoynunda qəbul edir..Dilləri-ağızları olmasa da, əminəm ki, bu möhtəşəm görüşdən, mehriban xalqımızın ayağı yenidən torpaqlarına dəydikdən sonra, Şuşanın hər qarışı, daşı, torpağı da sevinir.. Prezident İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinə çevrilir. Belə bir mərasimin uzun illərin fasiləsindən sonra keçirilməsi, bir xalq olaraq hamımızı sevincə qərq edir..Əminəm ki, Şuşalı olan dahilərimizdən Molla Pənah Vaqif başda olmaqla ( dahi şair Qazaxda anadan olsa da, Şuşada yaşayıb yaratdığına, Şuşanın hər daşını, torpağını sevdiyinə görə, Şuşalı hesab olunur), digərləri də (Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Xan Şuşinski, Bülbül, və.s.) hər birinin ruhu sevinir bu möhtəşəm təntənədən..Və təbii ki əsas Şuşanın azad olunmasında canını qoymuş Azərbaycan ordusunun igidləri, bütöv Azərbaycan xalqı ..Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ, Şuşa Azərbaycandır!
Suraxanı rayonunun fəal gənci Türkan Bayramova