Ödənişli ixtisasların bu tələbələri təhsilhaqqı verməyəcək - SİYAHI

Ödənişli əsaslarla peşə, orta ixtisas və ya ali təhsil müəssisələrinə qəbul olunan bəzi tələbələrin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
sedanevs.az xəbər verir ki, bu hüquq "Təhsil haqqında" Qanunun 14.8-1-ci maddəsində təsbit olunub.
Qanuna əsasən, aşağıdakı kateqoriyalara aid şəxslər ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqından azaddırlar:
– Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar və onların arasından olan şəxslər;
şəhid ailəsinin üzvləri;
– Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlilliyi müəyyən edilmiş, habelə həmin döyüşlərdə həlak olmuş, itkin düşmüş və ya məhkəmə tərəfindən ölmüş elan edilmiş şəxslərin uşaqları;
– "Müharibə veteranı" adı almış şəxslər;
– Orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
– Dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün statusuna malik Azərbaycan vətəndaşları;
işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027 və 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, həmçinin həmin müəssisələrdə təhsil alan şəxslər.
Qeyd edək ki, qanunvericiliyə əsasən, bu şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və güzəşt onların ödənişli əsaslarla təhsil aldıqları müddət ərzində tətbiq olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: