Ayaz Mütəllibov: “Prezidentin və xalqın yanındayam!”
Ayaz Mütəllibov: “Prezidentin və xalqın yanındayam!”Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Silahlı Qüvvələrə Yardım Fonduna yardım edib.
Bu barədə Modern.az-a danışan Ayaz Mütəllibov Fonda 5000 manat ianə köçürdüyünü bildirib.
Eks-prezident ikinci Qarabağ müharibəsi barədə də danışıb. O qeyd edib ki, Azərbaycan bu savaşda haqq işini görür:
“30 ilə yaxındır ki, Dağlıq Qarabağ işğal altındadır. Cənab prezidentin tapşırığı ilə erməni təxribatlarına qarşılıq olaraq orduya savaş əmri verildi. Döyüşün ilk günlərindən prezidentin və xalqın yanındayam. İnşallah ki, bu savaşda qələbə bizimlə olacaq”.