sedanews.az
sedanews.az

Bu qurumlar Ordumuza ianə köçürdü

9-10-2020, 13:37 445 dəfə baxılıb

Bu qurumlar Ordumuza ianə köçürdü


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan təsərrüfat hesablı idarələri işğal altındakı torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat ianə edib.
Axar.az xəbər verir ki, Yardım Fonduna Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi, Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu, Samur-Abşeron Kanalı İstismarı İdarəsi, Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi, Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi, Qazax Melioservis İdarəsi, Kürdəmir Melioservis İdarəsi və Bəhramtəpə Melioservis İdarəsi dəstək olub.
Bildirilib ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsinə tam əmindir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA