sedanews.az
sedanews.az

Azərbaycanda 32 minə yaxın müəllimin əməkhaqqına əlavələr ödənilir

15-02-2024, 11:58 152 dəfə baxılıb


Azərbaycanda 32 minə yaxın müəllimin əməkhaqqına əlavələr ödənilir.
  Sedanews."Report"-a istinadən  xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
  Qeyd olunub ki, ümumi təhsil müəssisələrinin direktorlarının aylıq əməkhaqqına şagird sayından asılı olaraq əlavələr tətbiq edilir: "Əməkhaqqına əlavələrin tətbiq edildiyi direktorların rəhbərlik etdiyi müəssisələrdəki şagird sayı ölkədəki bütün şagirdlərin 64% -ni təşkil edir. Bundan başqa, təhsilverənlərin sertifikatlaşdırılması nəticələrinə müvafiq olaraq keçən il 23 mindən çox, 2022-ci ildəkilərə görə isə 9 minə yaxın müəllimin əməkhaqlarına əlavələr tətbiq olunub".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA