sedanews.az
sedanews.az

Şəhid ailələri və qazilərimizin kredit borcları silinib

21-01-2021, 12:40 471 dəfə baxılıb

Şəhid ailələri və qazilərimizin kredit borcları silinib

Azərbaycanın mikromaliyyə sektoru
İkinci Qarabağ müharibəsində şəhidlərin ailələrinə, qazilərə və müharibədən zərər çəkən digər şəxslərə kredit güzəştlərinə başlayıb. 
Bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasından (AMFA) məlumat verilib.
AMFA üzvləri (Bank Olmayan Kredit Təşkilatları - BOKT-lar) 3 kateqoriya üzrə müharibə iştirakçısı və ya müharibədən zərər çəkmişlərin borclarının silinməsinə dəstək veriblər. 
Belə ki, İkinci Qarabağ müharibəsi şəhidləri və onların birinci səviyyəli ailə üzvləri (ata, ana, yoldaş, övlad), eyni zamanda, fiziki imkanlarını itirmiş qazilərimiz və onların birinci səviyyəli ailə üzvləri güzəştlərdən istifadə edib. Həmçinin, müharibə zamanı raket hücumu nəticəsində evinə və biznesinə zərər dəymiş (Gəncə, Tərtər, Bərdə, və s.) müştərilər, eləcə də, müharibədə iştirak etmiş və müharibə zamanı xəsarət alan 1-ci səviyyəli müştərilər və onların ailə üzvləri borc üzrə faiz ödəməkdən azad olub. 
Bu günə qədər, 26 şəhidin 39 200 manat həcmində və 34 şəhid ailəsinin 96 904 manat həcmində kredit borcu silinib. Eyni zamanda, evinə və ya biznesinə zərər dəymiş 69 müştəri 179 822 manat kredit faizi ödəməkdən azad edib. Həmçinin, müharibədə iştirak etmiş və ya xəsarət alan birinci səviyyəli 14 müştəri 21 368 manat olmaqla borc üzrə faiz ödəməkdən azad edilib, 11 fiziki imkanını itirmiş qazimizin isə 6 433 manat borcu silinib.
 Oxu.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA