sedanews.az
sedanews.az

“28 May”–“Nizami” tunelinin qazıntısında çətinliklər yaranıb - RƏSMİ

Bugün, 10:11


Bakı metrosunun “28 May” və “Nizami” stansiyaları arasında inşa olunan iki yeni tuneldə qazıntı işləri davam edir. Tunellərdən birində mürəkkəb geoloji şəraitlə üzləşilsə də, layihənin nəzərdə tutulan müddətdə başa çatdırılması planlaşdırılır.
Sedanews.az Modern.az-a istinadən  xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, hər birinin uzunluğu 211 metr olan tunellərdə qazıntı işləri plana uyğun aparılır.
“İşlərin tamamlanması üçün 11 ay müddət nəzərdə tutulmuşdu. Artıq iki aydan bir qədər çox vaxt keçib. Tunellərdən birində 40 metrdən artıq, digərində isə 30,5 metr məsafədə qazıntı işləri tamamlanıb.
Tunellərdən birində mürəkkəb geoloji və hidrogeoloji şəraitlə qarşılaşmışıq. Buna baxmayaraq, işlər plan üzrə davam edir. Hazırkı vəziyyət xətlərin birləşdirilməsini vəd etdiyimiz müddətdə başa çatdırmağa imkan verir”, – deyə B.Məmmədov vurğulayıb.
Qeyd edək ki, avqustun 15-dən Bakı metrosunun Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb. Bununla əlaqədar “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb.
Sözügedən məhdudiyyət paytaxtda ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün əlavə çətinliklər yaradıb. Xüsusilə pik saatlarda sərnişin sıxlığı və gediş-gəlişdə gecikmələr müşahidə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA