sedanews.az
sedanews.az

Pulsuz hüquqi yardımın göstərilməsi qaydalarının pozulmasına görə cərimə tətbiq olunacaq

Bugün, 14:34


   Pulsuz hüquqi yardımın göstərilməsi qaydalarının pozulmasına görə cərimə tətbiq olunacaq.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
   Layihəyə əsasən, pulsuz hüquqi yardım göstərən şəxslər tərəfindən ("pro bono" hüquq xidmətləri göstərən şəxslər istisna olmaqla) pulsuz hüquqi yardımın göstərilməsindən əsassız imtina olunmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə ediləcək.
   Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA