sedanews.az
sedanews.az

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq

12-02-2024, 12:59 140 dəfə baxılıb



  Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq sabah saat 9:00-dan axşam saatlarına qədər işlərin aparıldığı istiqamətə uyğun əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.
  REAL bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
"Sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA