sedanews.az
sedanews.az

İlham Əliyev 4 sərəncam imzaladı

2-06-2020, 17:01 1 979 dəfə baxılıb

İlham Əliyev 4 sərəncam imzaladı

               
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Axar.az sərəncamın mətnini təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Sumqayıt şəhərində ən müasir və qabaqcıl texnologiyaların imkanlarından istifadə etməklə enerjiyə qənaətə imkan verən və enerji səmərəliliyini artıran, fasiləsiz işıqlandırmanı təmin edən müasir işıqlandırma sistemlərinin quraşdırılması məqsədilə qərara alıram:
1. Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6,0 (altı) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. 
Sərəncamda deyilir:
1. Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150,0 (yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150,0 (yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150,0 (yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100,0 (yüz) min manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mülki aviasiya işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 
Sərəncamda deyilir:
Azərbaycanda mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar mühəndis”
Səfərov Emin Nadir oğlu
“Əməkdar pilot”
Əliyev Hacıağa Muxtar oğlu
Əlizadə Sadıx Pərviz oğlu
Hidayətov Ramiz Rasim oğlu
Novruzov Əkbər Mühüddin oğlu
Sadıxov Vaqif Fazil oğlu
Truxanov Vasiliy Pavloviç.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası mülki aviasiya işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. 
Sərəncamda deyilir:
Azərbaycanda mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
2-ci dərəcəli “Əmək” ordeni ilə
Hacıyev Eldar Əli oğlu
Hüseynov Etibar Xudaverdi oğlu
3-cü dərəcəli “Əmək” ordeni ilə
Tibilov Zaxar Konstantinoviç
“Tərəqqi” medalı ilə
Dupikova Nataliya Nikolayevna
Əfəndiyev Arif Xanməmməd oğlu
Əliyev Fariz Fəhrəddin oğlu
Həsənov Xaqani Mikayıl oğlu
Knyazev Vitaliy Vitalyeviç
Quliyev Fuad Hidayət oğlu
Manizadə Cəmil Fəxrəddin oğlu
Məmmədov Tahir Məmməd oğlu
Məmmədov Teymur Namik oğlu
Rəfi-zadə Murad Rüfət oğlu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA