Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyəti təhlil edərək xüsusi karantin rejiminin iyunun 15-dən iyulun 1-i saat 00:00-dək uzadılmasına qərar verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, karantin müddətinin uzadılmasına səbəb ölkə ərazisində koronavirus infeksiyasının yayılma səviyyəsinin artmasıdır. Bu günədək 8191 nəfərdə COVID-19 testi müsbət çıxıb, onlardan 3487 nəfəri müalicəsini xüsusi rejimli xəstəxanalarda davam etdirir.
Operativ Qərargahın ölkədə karantin qaydalarının sərtləşdirilməsi barədə bu dəfəki qərarına əsasən 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri və Abşeron rayonu ilə yanaşı, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində yalnız fəaliyyətinə icazə verilən şəxslərin gediş-gəlişinə və ya yaxın qohumunun dəfn mərasimində iştirak etmək üçün evdən çıxmağa icazə veriləcək.
Bu dəfəki məhdudiyyət ötən həftənin sonunda tətbiq edilən qərardan nə ilə fərqlənir?
Ötən həftə sonu sərtləşdirilmiş karantin rejimində fəaliyyətinə icazə verilən şəxslərin yalnız fəaliyyət göstərdikləri müəssisələrin xidməti avtomobilləri ilə hərəkətinə icazə verilirdisə, bu dəfəki qərarda bu məqam nisbətən yumşaldılıb. Yəni, həmin şəxslər iş yerlərinə gedib-gəlmək üçün yalnız xidməti deyil, şəxsi avtomobillərindən də istifadə edə bilərlər. Bundan başqa, yaxın qohumunun dəfn mərasiminə qatılmaq istəyən şəxs də həmin mərasimə şəxsi avtomobili ilə gedib-gələ biləcək.
Yeni qərara görə, çörək zavodları və bu tip müəssisələrdə çalışanlar iyunun 15-də saat 16:00-dan etibarən istehsal üçün iş yerlərinə gedə biləcəklər.
Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Trend-ə açıqlamasında bildirib ki, çörək istehsal edən müəssisə işçilərinin bir gün əvvəldən işə çıxmasına icazə verilməsi növbəti iş gününə mağazalarda çörək satışının təmin olunması ilə bağlıdır: "Ötən həftə sərt karantin günlərində ölkədə çörək təminatı ilə bağlı problem olmayıb. Lakin Operativ Qərargah qərara alıb ki, iyunun 16-da mağazaları çörəklə təmin etmək üçün iyunun 15-də saat 16:00-da çörək sexi işçiləri işə gələ bilər".
Operativ Qərargahın bu dəfəki qərarında daha bir fərqlilik ev heyvanlarının gəzdirilməsinə icazə ilə bağlıdır. Qərara görə, ev heyvanları saxlayan şəxslər həmin heyvanları sərt karantin günlərində küçəyə çıxarmaqda sərbəstdirlər. Lakin bu prosesdə vətəndaşlar sui-istifadə hallarına yol verməməlidirlər.
Daxili İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama verib. Nazirliyin Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov Trend-ə bildirib ki, itlərin parklarda və bulvarda gəzdirilməsinə icazə verilməyəcək:
"Bulvara gedə bilməyəcəklər. Evdə it saxlayan vətəndaş lazım olanda, iti küçəyə çıxarmaq ehtiyacı yarananda yalnız yaşadığı binanın həyətinə çıxara bilər. Bu da qısa müddətə olmalıdır. Gücləndirilmiş və sərtləşdirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Operativ Qərargahın verdiyi qərarın icrası ilə bağlı bütün lazımı tədbirləri alıb və alacaqdır".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
4 şəhər və 5 rayonda 2 gün evdən çıxmaq qadağan edilir - RƏSMİ
Növbəti həftəsonu sərt karantin rejiminin tətbiqi ilə bağlı RƏSMİ AÇIQLAMA
SON DƏQİQƏ - Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi
Bu gündən Bakıdan rayonlara gediş-gəliş necə olacaq? - DİN-dən AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi müddətində BU MƏHDUDİYYƏTLƏR QÜVVƏDƏ QALIR
Unudulmayan ömür, əbədi yaşayan ad-Şəhid Qadir Heydərov
Bir Şəhid Anasın illərdir qəlbində yaşatdığı arzu
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
4 günlük bayram tətilində Azərbaycanda haralara getmək olar?
Təhsil işçiləri metro və avtobuslardan 1 qəpiyə istifadə edəcəklər
Son 20 ildə 1641 jurnalist öldürülüb
Türkiyədə İlham Əliyevin adından həqiqətə uyğun olmayan fikirlər yayılır
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
İşdən çıxarılan şəxslərin kreditini dövlət ödəyəcək - ŞAD XƏBƏR
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Soyuq duş qəbul etmək sağlamlıq üçün nə dərəcədə faydalıdır?
Nazirlər Milli Məclisə toplaşırlar
“28 May”–“Nizami” tunelinin qazıntısında çətinliklər yaranıb - RƏSMİ
Bakının bəzi ərazilərində işıq olmayacaq
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
Əhməd İsmayılov Liberiyanın informasiya nazirinin müavini ilə görüşüb
Sülhün olması üçün Ermənistan zəruri addımlar atmalıdır
Son 5 ildə nikahdankənar 76 856 uşaq dünyaya gəlib
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI
Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ƏRAZİLƏR
Pulsuz hüquqi yardımın göstərilməsi qaydalarının pozulmasına görə cərimə tətbiq olunacaq
Azərbaycan-Gürcüstan sənədləri imzalandı
Kredit götürmək istəyənlərə VACİB XƏBƏR - Yeni qaydalar tətbiq olunur
AVROPANI TƏNGƏ GƏTİRƏN MÜHARİBƏ: UKRAYNADA AÇILAN YARA, AVROPADA DƏRİNLƏŞƏN BÖHRAN
Bakının bu ərazisilərində yeni dəmir yolu stansiyaları tikiləcək
Bazarlarda meyvə-tərəvəz bahalaşıb
Azərbaycanda ombudsman vəzifəsinə namizədlər - adlar
Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA
Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - FOTO
Ceyhun Bayramov Türkiyəyə getdi
Azərbaycanda yeni ombudsman seçiləcək
Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il keçir
Ramiz Mehdiyev AMEA üzvülüyündən çıxarıldı
TDT XİN başçıları sabah Ankarada toplanır
BƏRDƏ FACİƏSİNİN QƏHRƏMANI — RƏŞAD ŞƏFİYEVİN ŞƏHADƏTİNDƏN 6 İL ÖTÜR
Sükan arxasında telefona görə kameralar cərimə yazacaq - DETALLAR
Bakıda çiskin, dağlarda qar gözlənilir
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlar başlaya bilər
BALAXANIDA PAYIZIN ƏN RƏNGARƏNG TƏDBİRLƏRİNDƏN BİRİ — “BALQABAQ FESTİVALI”
Paytaxt məktəbində faciə
Kamran Əliyev: "Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır"
Azərbaycanda bəzi dərmanların qiyməti uculaşacaq
Vüqar Qurbanovun bıçaqlanan vəzifəli qohumunun son durumu açıqlandı
1800-ə yaxın azərbaycanlı ölümündən sonra orqanlarını bağışlayacaq
Ürəyinizə yaxşı baxın
Çempionlar Liqasında bugünkü OYUNLAR
"Formula 1" üzrə Azərbaycan Qran-prisi BAŞLADI
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Moskvada qızılcaya görə karantin: Universitet tələbələri distant təhsilə keçirildi