sedanews.az
sedanews.az

“Plastik çirklənməyə qalib gəl” (VİDEO)

6-06-2023, 12:26 213 dəfə baxılıb

 AQTA-nın əməkdaşları təmizlik aksiyasında iştirak ediblər

 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələrinin əməkdaşları 5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən təmizlik aksiyalarında iştirak ediblər.
Aksiyalar Kür çayı, Araz çayı, Sumqayıtçay, Qusarçay, Qudyalçay, Pirsaatçay, Gümrükçay, Kiş çayı, Tərtərçay, Gəncəçay çay sahillərində təşkil olunub.
  Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci ildə keçirilən toplantısında iyunun 5-nin hər il Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunması qərara alınıb. Bu il bu gün “Plastik çirklənməyə qalib gəl: Ekosistemin bərpası” devizi altında təşkil edilib.
REAL











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA