Xankəndi, Xocalı və Ağdərəyə yeni köç: 87 ailə sevindi

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
sedanevs.az xəbər verir ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara, Xanyurdu, Xanabad, Ballıca, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Kolatağ, Həsənriz, Aşağı Oratağ, Çapar kəndlərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 36 nəfər olmaqla 8 ailə, Xocalı rayonunun Badara kəndinə 13 nəfər olmaqla 5 ailə, Xanyurdu kəndinə 10 nəfər olmaqla 4 ailə, Xanabad kəndinə 31 nəfər olmaqla 8 ailə, Ballıca kəndinə 8 nəfər olmaqla 3 ailə, Təzəbinə kəndinə 71 nəfər olmaqla 14 ailə, Ağdərə rayonunun Kolatağ kəndinə 36 nəfər olmaqla 12 ailə, Həsənriz kəndinə 30 nəfər olmaqla 6 ailə, Aşağı Oratağ kəndinə 49 nəfər olmaqla 12 ailə, Çapar kəndinə 51 nəfər olmaqla 15 ailə köçürülüb.
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: