Bakıda İƏT ölkələrinin korrupsiya əleyhinə yüksəksəviyyəli görüşü keçirilir

Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşü keçirilir.
Sedanews.az xəbər verir ki, qlobal tədbirdə İƏT-ə üzv 48 dövlət və 250-dən artıq iştirakçı təmsil olunur.
İştirakçılar sırasında 30 dövlət qurumunun rəhbərləri, səfirlər, beş beynəlxalq və regional təşkilatın rəhbər və yüksəkvəzifəli nümayəndələri, habelə üç müşahidəçi dövlətin təmsilçiləri yer alırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: