sedanews.az
sedanews.az

Hərbi Prokurorluğunun nümayəndələri hərbi hissələrdə olublar - FOTO

18-03-2022, 12:05 204 dəfə baxılıb

                           Hərbi Prokurorluğunun nümayəndələri hərbi hissələrdə olublar - FOTO


Azərbaycanın Hərbi Prokurorluğunun nümayəndələri Novruz bayramı ərəfəsində işğaldan azad olunan ərazilərdə dislokasiya olunan hərbi hissələrdə olub, hərbi qulluqçularla görüşlər keçiriblər.
Bu barədə REAL-a Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirlərdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər xalqımız və dövlətimiz tərəfindən Novruz bayramına verilən yüksək qiymətdən, yazın gəlişinin bütün ölkəmizdə yüksək əhval ruhiyyə, coşqu, təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, eləcə də qorunaraq gələcək nəsillərə ötürülən bu milli-mənəvi dəyərlərin tərbiyəvi əhəmiyyətindən söhbət açıblar.
Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA