sedanews.az
sedanews.az

Müəssisələrin rəqəmsallaşmasına təşviq

27-04-2022, 14:06 231 dəfə baxılıb





    İqtisadiyyat Nazirliyi və Aİ-nin təşkilatçılığı ilə konfrans keçirildi
İqtisadiyyat Nazirliyinin və Avropa İttifaqının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə reallaşdırdığı "Azərbaycanda müəssisələrin rəqəmsallaşmasının təşviqi" layihəsi ilə bağlı hibrid formatda konfrans keçirildi.
Tədbirdə bir sıra dövlət qurumlarının, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkialtına üzv olan ölkələrin Azərbaycandakı səfirliklərinin və ticarət palatalarının nümayəndələri iştirak etdilər.
    Görüş zamanı qloballaşan dünyada rəqəmsal transformasiyanın sürətləndirilməsinin aktuallığını nəzərə alaraq, rəqəmsallaşmanın iqtisadiyyata tətbiqinin vacibliyi geniş müzakirə olundu.
Konfransda çıxış edən İqtisad Nazirinin müavini Sahib Məmmədov, Azərbaycanda da bu istiqamətdə tədbirlər planının reallaşdığını bildirdi. Onun sözlərinə əsasən, bu layihənin məqsədi məhz pandemiyadan sonra kiçik və orta müəssisələrə dəstək olmaq və iqtisadiyyatın bərpasını təmin etməkdir.
     Görüşdə iştirak edən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkialtının nümayəndələri layihənin icrasına ötən il hökumət ilə birgə başladıqlarını bildirdilər.
     Daha sonra tədbirdə “Azərbaycanda şirkətlərin rəqəmsallaşmasının təşviqi” və “COVID-19-dan sonra: Şərq Tərəfdaşlığı ölkələrində biznesin rəqəmsal transformasiyasının sürətləndirilməsi” mövzularında hesabatların təqdimatı oldu, və geniş müzakirələr aparıldı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA