sedanews.az
sedanews.az

Azərbaycan-Polşa birgə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edilib

12-04-2022, 13:42 444 dəfə baxılıb

              



    Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edilib.
REAL xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, “ Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini” sözləri “Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini” sözləri ilə, “Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri “Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” sözləri ilə əvəz edilib
Bundan başqa, sərəncama əsasən, “Azərbaycan Respublikası vergilər nazirinin müavini” sözləri çıxarılıb, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini” sözlərindən sonra “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini” və “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini” sözləri, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini” sözlərindən sonra “Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri” sözləri əlavə edilib.
Xarici İşlər Nazirliyi bu Sərəncamda edilən dəyişiklik barədə Polşa Respublikası tərəfinə bildiriş göndərməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA