sedanews.az
sedanews.az

İrəvandakı irsimizin sonuncu qalığı - VİDEO

10-08-2022, 15:04 368 dəfə baxılıb

   Təpəbaşı yaşayış massivinin taleyi təhlükə altındadır

   Azərbaycanın tarixi torpaqaları olan İrəvanda milli-mədəni, tarixi irsimizin sonuncu qalığı olan Təpəbaşı məhəlləsinin taleyi təhlükə altındadır. Bu, Azərbaycanı narahat edir. Problem ümumdünya məsələ olduğundan mütəxəssislər araşdırmalar aparılması və nəticələrin aradan qaldırılması istiqamətində təkliflərin hazırlanmasını təklif edirər.
  Bildirlir ki, elə indidən 2024-cü il nominasiyasına hazırlıq işləri görülsün və qədim Təpəbaşı məhəlləsi Azərbaycan və beynəlxalq QHT-lərlə birlikdə həmin nominasiyaya təqdim edilsin. Bu prosesə beynəlxalq tərəfdaşlar da cəlb olunsun.
  Məlumat üçün bildirək ki, xan nəslinin nümayəndəsi olan İrəvan xanı Abbasqulu xanın evi də bu məhəllədə yerləşib. İndi bərbad vəziyyətdə olan ərazidə ermənilər gecəqondular salıblar və burada yoxsul erməni ailələri yaşayır. Amma bu gün ora “Xan evi” adlandırlır. AMEA-nın Tarix İnstitutunun əməkdaşı Səbuhi Hüseynov bildirdi ki, bütün bunları sübut edən saysız-hesabsız faktlar var.
Məlumatlara görə, İrəvan xanı Abbasqulu xanın yaşadığı Təpəbaşı məhəlləsində tikdirdiyi etnizadlı məscid də dağıdılıb. Dini abidənin minarəsini ermənilər 1960-cı ildə uçurublar.
Tarixi faktlar da sübut edir ki, ermənilər Azərbaycanın qədim yaşayış məntəqəsi olan İrəvandakı maddi-mədəni abidələrimizi məhv edib. şəhəri özününküləşdiriblər. Qafqazın paytaxt şəhərlərindən biri olan, əsası Azərbaycan türkləri tərəfindən qoyulan İrəvanın ermənilər tərəfindən dəyişdirilməsini təsdiq edən sənədlər mövcuddur. Bu sənədlər təsdiq edir ki, əzəli torpaqlarımızda Ermənistan dövləti yarandıqdan sonra onlar azərbaycanlıların izini itirmək üçün tarixi irsimizi İrəvandan siliblər.
İrəvan şəhərinin mədəni irsinin ermənilər tərəfindən saxtalaşdırılması, farslaşdırılması cəhdləri yolverilməzdir və beynəlxalq cinayət hesab olunur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA