sedanews.az
sedanews.az

Azərbaycan və Özbəkistanın media qurumları əməkdaşlıq memorandumu imzalayacaq

30-09-2025, 11:20


Azərbaycan Medianın İnkişafı Agentliyi və Özbəkistan Prezidenti Administrasiyası yanında KİV üçün Məzmun Hazırlama Mərkəzi əməkdaşlıq memorandumu imzalamağı planlaşdırırlar.
sedanevs.az xəbər verir ki, bu barədə Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumunda Özbəkistan Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidcanov bildirib.
D.Saidcanov vurğulayıb ki, belə bir sənəd iki ölkənin media sahəsində qarşılıqlı fəaliyyətini gücləndirməyə imkan verəcək: "Biz daha böyük uğurlar əldə edə biləcəyik, iki ölkənin jurnalistləri və media mütəxəssisləri sıx əməkdaşlıq edəcəklər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA