sedanews.az
sedanews.az

Orta aylıq maaş 2029-cu ildə 1400 manatı ötəcək

16-09-2025, 10:51


2026-cı ildə Azərbaycanda orta aylıq əməkhaqqının 1 170,8 manata çatacağı proqnozlaşdırılır.
sedanevs.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında əksini tapıb.
Məlumata görə, 2027-ci ildə bu göstərici 1 246,8 manat, 2028-ci ildə 1 327,6 manat, 2029-cu ildə isə 1 411,8 manat səviyyəsində olacaq.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1098,1 manat təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA