Bütün gücümüzü Zəngəzura həsr etməliyik – Millət vəkili
Milli Məclisin komitə sədri Siyavuş Novruzov Azərbaycanın post-müharibə dövründə qarşısında duran məsələlər haqqında təkliflərlə çıxış edib.Axar.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında Siyavuş Novruzov Azərbaycanın qarşısında həll edilməli 4 məsələnin olduğunu bildirib.
Komitə sədri deyib ki, bunlardan birincisi, sərhədlərin dəqiqləşdirilməsidir ki, bu saat proses gedir, bundan bir addım da geri çəkilmək olmaz.
İkincisi, Zəngəzur dəhlizinin nə olur-olsun, açılmasıdır. Bütün təbliğatımızı, fəaliyyətimizi buna həsr etməliyik. Çünki bu həm bizə, həm də digər ölkələrə təsir edir.
Üçüncüsü, minalanmış ərazilərin xəritəsinin Azərbaycan tərəfinə verilməsidir. Bu istiqamətdə bütün beynəlxalq konvensiyaların imkanlarını istifadə etməliyik.
Dördüncü məsələ isə Azərbaycanın ərazi bütövlüyüdür ki, biz bunu birdəfəlik həll edib, gələcək nəsillərə buraxmamalıyıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.