sedanews.az
sedanews.az

Prezident İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsində yerli mediaya verdiyi müsahibə

16-08-2022, 16:05 401 dəfə baxılıb

   Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev cari ilin avqustun 12 də İsmayıllı rayonuna səfər etmişdir. Səfər zamanı cənab Prezident ictimai, mədəni və iqtisadi obyektlərin açılış tədbirlərində iştirak etmiş və bərpa-inşa işləri ilə tanış olmuşdur. 
   Сənab Prezident bərpa-inşa işləri ilə özünün yaxından tanış olduğunı və birbaşa özünün nəzarət etdiyini vurğulamışdır.
   Sonda Prezident İlham Əliyev İsmayıllı rayonun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına geniş müsahibə vermişdir. Müsahibə zamanı, Prezident Ağsu və İsmayıllı rayonlarında infrastruktur layihələrinin icra edilməsi ilə bağlı müəyyən işlərdən bəhs etmiş, eyni zamanda “Diri Baba” türbəsində gedən işlərlə tanış olmasını, abidənin Qafqaz bölgəsində nadirliyini vurğulayaraq, bu tarixi abidənin bərpası, konservasiyası və onun ətrafında müasir standartlara cavab verən, turizm infrastrukturunun yaradılmasına dair göstəriş verdiyini bildirmişdir. Cənab Prezident qeyd etdiyi kimi “Əlbəttə, bizim borcumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək və onun ətrafında mövcud olan şərait də müasir standartlara cavab verməlidir.”
  Ümumiyyətlə bölgələrdə abadlıq və quruculuq işlərinin öz şəxsi nəzarətində olduğunu demişdir. Həmçinin, Cənab Prezident Basqal qəsəbəsinin tarixi irs olaraq qorunması ilə bağlı verdiyi sərəncama əsasən Dövlət Turizm Agentliyinin işlərin artıq yarısının tamamlandığını qeyd etdi. Cənab Prezident Basqal qəsəbəsinin bölgədə öz unikal tarixi əhəmiyyətini vurğulayaraq onun da gələcəkdə Lahıc qəsəbəsi kimi interaktiv turizm məkanına çevriləcəyinə dair əmin olduğunu vurğulamışdır. 
Bundan əlavə, Prezident ölkəmizdə əhalinin sayının artımını nəzərə alaraq yeni iş yerlərinin açılma prosesinin davamlı aparılma zəruriliyini və  buna dair özəl sektorlara dəstək olunduğunu bildirmişdir. Bu yerin tarixi siması qorunmalıdır, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılmalıdır, iş yerlərinin açılması üçün yeni imkanlar olmalıdır. Basqal qəsəbəsində 179 otaqlı müasir otelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli sakinlərdır. 
   Ölkə başçısı həmçinin, dövlətimizin dünya iqtisadiyyatına uğurla inteqrasiya etməsini, ərzaq təhlükəsizliyi, problemlərdən tam sığortalanmaq üçün praktiki işlər aparılacağını da demişdir. O cümlədən, cənab Prezident azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, maldarlıq, həm də bitkiçilik üçün çox münbit iqlim və təbii şəraiti nəzərə alaraq Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri haqda söhbət açmışdır. 
    Bundan əlavə, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda görülən işlər, mövcud vəziyyət və gələcək perspektivlər barədə danışmışdır. Dövlətimizin başçısı xüsusilə son günlərdə Laçın rayonu istiqamətində erməni silahlı birləşmələrinin təxribatları və onlara cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi “Qisas” əməliyyatına dair bəyanatlar vermişdir. 
Sonda  qeyd etmək lazımdır ki, cənab Prezidentin Qoruqların İdarə Mərkəzinə verdiyi hərtətəfli dəstək əsasında sözügedən abidələrlə yanaşı, Şəki Xan sarayı, Xınalıq, Kiş Alban abidəsi,     Qobustandakı Palçıq Vulkanları, Lahıc və s. kimi qoruqların tədqiqi və bərpa işləri geniş miqyasda aparılır və turizm sahəsinə öz töhfəsini verməkdə davam edir. 
Anar Babayev 
“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq
Qoruğunun böyük elmi işçisi 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA